Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda çəyirtkələrin miqrasiyasının qarşısı alınıb

Baxılıb: 591     Tarix: 11-06-2018 18:40   

İyun ayının 9-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ağstafa, Göygöl və Tovuz rayonlarında karantin tətbiq edilən və xüsusi təhlükəli orqanizmlərə qarşı bitki mühafizəsi tədbirlərinin yerinə yetirilmə vəziyyəti ilə tanış olub. Bu barədə Qanunvehedef.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, C. Quliyev Gürcüstan Respublikasının Siqnavi və Georgi yaşayış məntəqələrindən Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinə kütləvi miqrasiya etmiş və sürü halında yaşayan çəyirtkələrə qarşı aparılan mübarizə tədbirlərinin nəticələri ilə yaxından tanış olub. Miqrasiya etmiş və yerli çəyirtkələrə qarşı aparılan mübarizə tədbirlərinin vəziyyəti ilə yaxından tanış olan Dövlət Xidmətinin rəisi, Mobil Bitki Mühafizəsi dəstələrinin fəaliyyəti barədə danışıb: “Mobil Bitki Mühafizəsi dəstələrinin fəaliyyətinin müvafiq dövrün tələblərinə uyğunlaşdırılması bizə imkan verir ki, bu təhlükəli növlərin kütləvi çoxalmasının və çəyirtkə miqrasiyalarının qarşısının çevik və təxirəsalınmaz tədbirlər həyata keçirərək qısa müddətdə alaq və əkinlərə keçmələrinə imkan verməyək. Sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirlərinin yekunlaşma ərəfəsində olmasına baxmayaraq, qonşu ölkələrdən, xüsusilə Rusiya Federasiyasından çəyirtkələrin yeni miqrasiyası təhlükəsinə qarşı hazır olmalıyıq".
Mübarizə tədbirlərinin hazırda davam etdirildiyini söyləyən Dövlət Xidmətinin rəisi bildirib ki, çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər: “Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın. Bu günə qədər Tovuz, Şəmkir və Ağstafa rayonlarına aid ərazilərdə 9900 hektar sahədə aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində Mərakeş çəyirtkələrinin geniş ərazilərə miqrasiyasının qarşısı alınıb. 
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar