Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda 80 mindən çox insanın hər ay aldığı PUL ARTACAQ - AÇIQLAMA

Baxılıb: 478     Tarix: 23-01-2023 11:33   

Azərbaycanda müharibə iştirakçılarına verilən 80 manat sosial müavinətin artıb-artmayacağı ilə bağlı geniş müzakirələr gedir.
BAKU.WS xəbər verir ki, əsasən müharibədə iştirak etmiş insanlar və onların yaxınlarının narahatlığına səbəb olan bu məsələ ilə bağlı çoxsaylı müraciətlər daxil olub.
Məlum məsələni araşdırmaq və insanları narahat edən məsələyə cavab tapmaq məqsədilə həm nazirliyə, həm də millət vəkilinə müraciət etdik.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqətdə saxlanılır və ötən ilin əvvəlindən bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatı aparılıb:
"Eyni zamanda müharibə iştirakçıları digər istiqamətlərdə, eləcə də məşğulluq sahəsində dəstək tədbirləri ilə əhatə olunur, onların aktiv məşğulluq proqramlarına cəlb edilməsi üçün geniş miqyasda işlər aparılır. Ardıcıl xarakter alan sosial islahatlar çərçivəsində qarşıdakı dövrdə də müharibə veteranlarının sosial müdafiəsi diqqətdə saxlanacaq".
Deputat Vüqar Bayramov BAKU.WS-ə açıqlaması zamanı qeyd etdi ki, müharibə veteranlarına verilən sosial müavinətin artırılması müzakirə mövzusudur: "Bu barədə Milli Məclisdə də müzakirələr gedib, təkliflər edilib. Hazırda gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə artımlar mümkündür.
Nəzərə almaq lazımdır ki, cənab prezident Nazirlər Kabinetinə göstəriş verib ki, sosial müavinətlərin arıtılması ilə əlaqədar təkliflər hazırlansın. Burada söhbət əhaliyə təqdim olunan sosial müavinətlər və təqaüdlərin artırılmasından gedir. Müharibə iştirakçılarına ödənilən 80 manatın arıtırlması da müzakirə edilən məsələlərdəndir. Növbəti paketlərdə bu sosial müavinətin artırılması ilə bağlı da qərarın qəbul edilməsi mümkündür".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar