Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İstanbulda leysan davam edir, 2 nəfər öldü

Baxılıb: 986     Tarix: 15-10-2026 11:22   

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Belə ki, Fatihdə parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni cərəyan vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Bununla yanaşı, Sarıyerdə sel yaranan küçədə yolun qarşı tərəfinə keçməyə çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılıb. Başı səkiyə dəyən və ayağa qalxa bilməyən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, güclü yağışın davam etməsi ilə əlaqədar şəhər məktəblərində dərslər dayandırılıb, sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə olunub.












Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar