Lənkəran və Astaraya leysan yağdı
Baxılıb: 916 Tarix: 13-09-2026 17:07

Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
“Qanunvehedef.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 14:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















