Metroda nasazlıq: Qatarlar bir saata yaxın tuneldə qaldı
Baxılıb: 936 Tarix: 14-09-2026 10:43

Səhər saatlarında Bakı metrosunda qatarlar 40 dəqiqəyə yaxın tuneldə qalıb.
Qanunvehedef.az xəbər verir ki, nəticədə platformada ciddi sıxlıq yaranıb və sərnişinlərin bir qismi metrodan çıxmağa məcbur olub.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.
“Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub. Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - açıqlamada qeyd olunub.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















