Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
Baxılıb: 835 Tarix: 14-09-2026 15:37
“Tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili - dövlət dili kimi” fənninin həftəlik saatı artırılır”.
Qanunvehedef.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan siniflərdə 150 min şagird təhsil alır:
“2021-ci ildən etibarən Azərbaycan dili fənninin I–IX siniflərdə həftəlik dərs yükü 22-dən 31 saata qədər artırılıb.
Yeni tədris ilindən etibarən isə ümumi dərs yükünün həftəlik 31 saatdan 42 saata çatdırılması nəzərdə tutulur”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















