Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

Baxılıb: 9814     Tarix: 16-09-2026 15:21   

“TələbəPlus” vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub.


Qanunvehedef.az xəbər verir ki, belə ki, artıq tələbələr “BakıKart” üzrə gediş haqqını “TələbəPlus” kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki “TələbəPlus” kartı, həm də QR ödənişləri zamanı keçərlidir.


Beləliklə, ilin sonunadək tələbələr “BakıKart” üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində gündəlik say limiti olmadan geri qazana biləcəklər.


Bilik Günü münasibətilə təqdim olunan yeni bonus imkanı tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, “TələbəPlus” kartının gündəlik istifadəsi üzrə üstünlükləri də genişləndirir.


Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən “TələbəPlus” kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. “TələbəPlus” istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.


“TələbəPlus” kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar