Xəbər lenti
29/09/2026 [13:25]
Sabah da yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

Baxılıb: 837     Tarix: 29-09-2026 15:30   

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir.

Qanunvehedef.az xəbər verir ki, 29 sentyabr-31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində sərnişinlər 2026-cı il ərzində yerinə yetirilmiş AZAL uçuşlarına aid minik talonlarını təqdim etməklə müxtəlif xidmətlər üzrə endirimlər əldə edə biləcəklər.

Xüsusi təkliflər Bakı və regionlarda hotellərdə gecələmə, restoran, sağlamlıq, SPA, fitnes və əyləncə xidmətlərini əhatə edir. Kampaniya həmçinin Bakı üzrə ödənişsiz şəhər avtobus turundan, oktyabrın 3-də isə bir sıra turizm məkanlarına ödənişsiz giriş imkanından yararlanmağa şərait yaradır.

Bu təşəbbüslə “Azərbaycan Hava Yolları” ölkədaxili turizmin təşviqinə töhfə verməyi və sərnişinlərinə uçuşdan sonra da əlavə imkanlar təqdim etməyi hədəfləyir.

Təkliflərdən yararlanmaq üçün fiziki minik talonu təqdim olunmalıdır. Hər minik talonundan yalnız bir dəfə istifadə etmək mümkündür və istifadədən sonra talon tərəfdaş şirkətdə saxlanılır. Elektron minik talonları qəbul edilmir.

Qeyd edək ki, təkliflərin qüvvədə olduğu tarixlər və istifadə şərtləri xidmətə görə dəyişir. Mövcudluqdan asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Kampaniya ilə bağlı ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar