Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

BANM 36 layihə ilə Türkiyədə “Teknofest 2026”da iştirak edir

Baxılıb: 8319     Tarix: 29-09-2026 15:45   

Bakı Ali Neft Məktəbinin (BANM) 35 komandası Türkiyədə “Teknofest 2026”nın final mərhələsində iştirak edir.

Qanunvehedef.az xəbər verir ki, BANM finalda Azərbaycan üzrə ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.

Bakı Ali Neft Məktəbinin komandaları yarışa ümumilikdə 36 layihə ilə qatılıb. Artıq festival çərçivəsində layihələrdən 3-ü Ankarada, 1-i isə Diyarbəkirdə təqdim edilib. 32-si isə 30 sentyabr – 4 oktyabr tarixlərində Şanlıurfada keçiriləcək final mərhələsində mübarizə aparacaq.

Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.

“Teknofest 2026” festivalı çərçivəsində ümumilikdə 52 yarış və 127 alt-kateqoriya üzrə müsabiqələr təşkil olunacaq.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar