Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı

Baxılıb: 936     Tarix: 01-10-2026 14:24   

Paytaxtın Moskva prospekti və metronun 20 Yanvar stansiyası yaxınlığında cəmləşən və “manatlıq” taksi kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyətinə qadağa qoyulub.

Qanunvehedef.az APA TV-yə istinadən xəbər verir ki, qadağa səbəbindən Ceyranbatan, Sumqayıt, Saray, Xırdalan və Masazır istiqamətində yaşayanlar ciddi nəqliyyat problemi ilə üzləşiblər.

Vətəndaşlar bildiriblər ki, pik saatlarda avtobusların sayı və hərəkət intervalı da tələbatı qarşılamır. Nəticədə insanlar işə və evə getmək üçün saatlarla yolda qalırlar.

“20 Yanvardan Xırdalana, Masazıra gedən taksilərin hamısını yığışdırıblar. Gördüyünüz kimi, heç bir avtobusa da minmək olmur”.

Mütəxəssislər bildirir ki, sözügedən istiqamətdə digər nəqliyyat növlərinin sərnişindaşımaya daha çox cəlb edilməsi zəruridir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, Sumqayıt və Xırdalan Bakı aqlomerasiyasına daxil olan ən böyük yaşayış məntəqələrindəndir və bu ərazilərdə sərnişindaşımada yalnız avtobuslara güvənmək doğru deyil.


Qanunvehedef.az





{sape_links}{sape_article}