Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakının bu rayonlarında qaz kəsiləcək

Baxılıb: 1012     Tarix: 02-10-2026 09:25   

Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq.


Qanunvehedef.az





{sape_links}{sape_article}