Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Baxılıb: 836     Tarix: 02-10-2026 12:37   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 26 nəfəri uşaqlardır.

Qanunvehedef.az xəbər verir ki, onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.

Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.

Qeyd edək ki, şöbədə müasir tələblərə uyğun şərait yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.


Qanunvehedef.az





{sape_links}{sape_article}