9 ayda DSMF-nin xərcləri nə qədər artıb?
Baxılıb: 986 Tarix: 07-10-2026 12:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-sentyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat çox olmaqla 6 milyard 370 milyon manat təşkil edib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artaraq 5 milyard 73 milyon manat olub.
Cari ilin 9 ayında DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 561 milyon manat çoxdur.

Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















