Novruz Məmmədov ləyaqətli adamdır, amma Nazirlər Kabineti ləğv edilməlidir - DEPUTAT
Baxılıb: 600 Tarix: 08-02-2019 08:56
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişindən sonra Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" və "Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında" qərarlarda daha əvvəl etdiyi dəyişiklikləri ləğv edib.
Xatırladaq ki, bu dəyişikliklərdə yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 2 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu. Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.
Prezidentin göstərişindən sonra Baş nazirin dəyişiklikləri ləğv etməsi hökumət başçısı postunun və ümumiyyətlə Nazirlər Kabinetinin ləğv edilməsi məsələsini yenidən gündəmə gətirib. Belə ki, prezident üsul-idarəsi olan ölkələrdə, o cümlədən ABŞ və Türkiyədə Baş nazir postu yoxdur. Azərbaycan da eyni sistemlə idarə edildiyindən Nazirlər Kabinetinin ləğvi məsələsi açıq olaraq qalır. Lakin nəzərə almaq lazımdır ki, Fransa və Rusiya kimi bir sıra ölkələr prezident sistemi ilə idarə olunsa da, Baş nazir postu təsis edilib.
Məsələ ilə bağlı Qanunvehedef.az-a münasibət bildirən Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, bu məsələyə təkcə son qərarın ləğvi ilə bağlı yanaşmaq doğru deyil.
Nazirlər Kabinetinə ehtiyac yoxdur
Onun sözlərinə görə, Prezident Aparatı varsa, Nazirlər Kabinetinə ehtiyac yoxdur: "Ümumiyyətlə uzun müddətdir Azərbaycanda bu məsələ ilə bağlı olaraq ilk dəfə gündəmə gətirmişəm ki, Nazirlər Kabinetinin mövcudluğu paralellik təşkil edir. Prezident Aparatı varsa, Nazirlər Kabinetinə ehtiyac yoxdur. Çünki Prezident Aparatında müəyyən şöbələr o funksiyaları daşıyır. Vitse-prezidentlik institutu yaranandan sonra isə Nazirlər Kabinetinə ümumiyyətlə ehtiyac qalmadı. Bu paralelliyi aradan qaldırmaq lazımdır. Prezidentin özünün də dediyi kimi şişirdilmiş ştatların aradan qaldırılması, daha mobil idarəetmə sisteminə keçmək üçün bu məsələyə baxmaq lazımdır. Bunu həm prezident seçkilərində iştirak etdiyim dövrdə demişəm, həm də daha əvvəl parlamentdə səsləndirmişəm".
Novruz Məmmədov ləyaqətli adamdır
Bununla belə, F. Quliyev qeyd edib ki, struktur islahatları çərçivəsində Nazirlər Kabinetinın ləğvi məsələsində söhbət təkcə Baş nazir postundan getmir: "Ümumiyyətlə söhbət Nazirlər Kabinetinin məsələsindən gedir. Yoxsa Baş nazir olaraq Novruz Məmmədov çox ləyaqətli adamdır, çox təmiz karyerası var, vətənpərvər və millətçi adamdır. Söhbət bir insandan getmir, söhbət struktur və islahatdan gedir. Bu məsələyə baxmağın zamanıdır".
Bir hadisə baş verən kimi günahı Prezident Aparatında axtarırlar
Deputat hesab edir ki, təkcə Nazirlər Kabineti ilə bağlı deyil, həm də yerli icra strukturları ilə əlaqədar yenilik etmək mümkündür: "Məsələn, bələdiyyələrin statusu artırılmalıdır. Onların status və hüquqlarının artırılması yerli icra hakimiyyətlərin hüquqlarının azaldılması hesabına baş verməlidir. Yerli icra hakimiyyəti orqanları sadəcə nəzarət funksiyasını həyata keçirə və çox kiçik həcmdə ştatla işləyə bilər. Qalan işlərin isə bələdiyyələrin görməsi mümkündür. Bu həm məsuliyyət bölgüsüdür, həm də yerlərdə işin öhdəsindən gəlmək üçün əhalinin seçdiyi adamın birbaşa məsuliyyətini artıracaq. Digər tərəfdən problemlərin lokallaşmasına səbəb olacaq. İndi hansısa əyalətdə bir hadisə baş versə, mütləq günahı Prezident Aparatında axtarmağa başlayırlar. Seçkili sistem olarsa, yerli idarəetmədə bələdiyyələrin statusu və hüquqları artırılarsa, problemlər yerlərdə lokallaşacaq, insanların məsələlərinə yerlərdə baxılacaq".
Hansı modeli seçək?
Nazirlər Kabineti ləğv edilərsə, hansı ölkənin təcrübəsindən yararlanmaq məsələsinə gəlincə, F. Quliyev diqqətə çatdırıb ki, əlbəttə dünyada mövcud olan təcrübələrdən istifadə etmək mümkündür: "Amma hər bir dövlət daim kamilləşir. Türkiyə uzun müddət parlament sistemi ilə idarə olunurdu, dünya təcrübəsindən yararlandı və özünün bir modelini ortaya qoydu. Biz də dünya təcrübsəsindən yararlanmaqla özümüzə və dövrə uyğun normal struktur ortaya qoya bilərik. Müharibə şəraitində olduğumuzu da nəzərə almayılıq".
Məftun Salmanov

Ən çox oxunanlar
Son xəbərlər