Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda mənzillər niyə bahadır? - MARAQLI SƏBƏBLƏR

Baxılıb: 534     Tarix: 24-02-2019 12:54   
Azərbaycanın mənzil bazarındakı bahalıq uzun illərdir insanları narahat edir. İnkişaf baxımından Azərbaycanla eyni səviyyədə olan heç bir ölkədə daşınmaz əmlak qiymətləri Bakıdakı qədər yüksək deyil. Şəhərin mərkəzindən aralı ərazilərdə belə bu gün yeni tikilən binalarda mənzilin kvadratmetrini 1000 manatdan aşağı tapmaq mümkün deyil. Bu bahalığı şərtləndirən hansı amillərdir? Ölkənin tikinti bazarındakı məmur-oliqarxlara bağlılıq burada nə qədər rol oynayır?
Bu barədə "Yeni Müsavat"a danışan iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, daşınmaz əmlak sahəsində bahalıq əsasən neft bumu dövründə formalaşıb: "Bum dövrünün spesifik cəhətlərindən biri budur ki, daşınmaz əmlak bazarında qiymət artımlarına gətirib çıxarır. Daşınmaz əmlak bazarı neft bumu dövründə cəlbedici idi, kommersiya baxımından daha çox gəlir əldə etməyə imkan verirdi. Buna görə də Rusiyada və digər ölkələrdə işləyib pul qazanan vətəndaşlarımız bu bazarda tələbi yüksəltdilər. Manatın devalvasiyalarından sonra daşınmaz əmlakın qiyməti dollar ifadəsində azaldı. Əgər devalvasiyadan əvvəl Bakının daşınmaz əmlak bazarında qiymətlər nəinki regionda, hətta daha geniş əhatədə ən yüksək səviyyədə isə devalvasiyalardan sonra azalma baş verdi. Buna baxmayaraq, hazırda manat və dollar ifadəsində qiymətlər yüksəkdir".
Ekspertin sözlərinə görə, Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər gəlir səviyyəsi və alıcılıq qabiliyyəti ilə uyğun deyil: "Bizim araşdırmalarımız göstərir ki, yeni binalarda mənzilləri bir çox hallarda saxlamaq üçün alırlar. Yəni baxırsan ki, binanın yarıdan çoxu satılıb, amma mənzillərdə yaşayan yoxdur. Bu da süni tələb formalaşdırır. 2015-2018-ci illərdə bazarda təklif də azalıb. Amma burada inzibati faktorlar da var. Kifayət qədər təsirli şirkətlər var ki, qiymətlərin enməsinə imkan verməməyə çalışırlar. Çox fərqli mətbuat orqanlarına real əsası olmadan yaxın vaxtlarda mənzillərin bahalaşacağına dair məlumatlar sızdırılır. Bununla da süni tələb formalaşdırmağa çalışırlar. Yaxud satıcılar bir-biri ilə razılaşırlar ki, qiymətləri endirməsinlər".
V.Bayramov hesab edir ki, qiymətlərin azalması üçün bazarda təklif artmalıdır: "Xərclərin azaldılması çox vacibdir. Bum dövründə tikinti xərclərinə təsir edən faktorlar çox idi: icazələrin alınması, kommunal xidmətlərə çıxış, istismara qəbulda qeyri-rəsmi xərclər çox idi. Son vaxtlar bu sahələrdə şəffaflığın təmin olunması istiqamətində ciddi addımlar atılır. İnşaat sektorunun liberallaçdırılması mənzil bazarında ucuzlaşmaya gətirib çıxara bilər".
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı əmlak bazarında qiymətlərin bahalığında qeyri-rəsmi xərclərin yüksək olması faktorunun mühüm rol oynadığı fikrindədir: "Bu qeyri-rəsmi xərclər üzündən normalda bir kvadratmetrinin maya dəyəri 500-600 manata başa gəlməli olan tikintinin qiyməti bəzi hallarda iki dəfəyə qədər artır. Buna korrupsiya halları, qeyri-rəsmi ödənişlər səbəb olur. Bu günlərdə cənab president özü bu məsələlərdən birinə müdaxilə etdi. Çoxmərtəbəli binaların istismara qəbul qaydalarının sadələşdirilməsinə dair fərman imzaladı. Buna qədər Bakıda yüzlərlə bina qeydiyyatsız qalmışdı".
R.Osmanlının sözlərinə görə, reallıqda Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzilə olan tələbat çox yüksəkdir: "Amma heç də hamının mövcud qiymətlərlə mənzil əldə etməsi mümkün olmur. Yəni tələbin səviyyəsi qiymətlərdən birbaşa asılıdır. Bahalığın digər mühüm bir səbəbi bir çox şirkətlərin dövriyyə kapitalı əsasında fəaliyyət göstərməməsi ilə bağlıdır. Normal xarici ölkələrdə tikinti şirkətləri dövriyyə vəsaitləri hesabına fəaliyyət göstərirlər. Azərbaycanda isə bir sıra tikinti şirkətləri var ki, kənar maliyyə resursları hesabına fəaliyyət göstərirlər, onların dövriyyədən əldə olunan vəsaitlərə ehtiyacları yoxdur, çünki əlavə maliyyələri var. Bir növ, bu qeyri-qanuni vəsaitləri leqallaşdırmağın bir yoludur. Bu amil bazarda sağlam rəqabət mühitinin formalaşmasına da imkan vermir. Bazarda rəqabət olarsa, kənar maliyyə resursları olmazsa, istər-istəməz qiymət siyasətinə yenidən baxılacaq. Amma kənar maliyyə resurslarına bağlı olan şirkətlər bir mənzil belə satmadan on bina tikmək imkanındadılar. Rəqabət olmadığına görə onlar bazara istədikləri qiyməti diqtə edə bilirlər".шаблоны для dle 11.2