Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Marşal Həftar Türkiyəyə hava müharibəsi elan etdi – “Görünməmiş zərbələr endirəcəyik”

Baxılıb: 815     Tarix: 22-05-2020 06:00   

Liviya Milli Ordusunun hərbi-hava qüvvələri marşal Xəlifə Həftarın komandanlığı altında Liviyadakı Türkiyə hədəflərinə «görünməmiş zərbələr» endirməyə başlayacaq.
«Yaxın saatlarda siz Liviya tarixində ən nəhəng hava kampaniyasının şahidi olacaqsınız. Türkiyənin bütün mövqeləri və maraqları Liviyanın bütün şəhərlərində bizim təyyarələr üçün qanuni hədəfdir. Biz mülki əhalini həmin hədəflərdən uzaq durmağa çağırırıq» - mayın 21-də LMO hərbi-hava qüvvələrinin komandanı Sakra əl-Caşurinin yaydığı yazılı bəynatda deyilir.
Son günlər Liviyada vəziyyət sürətlə dəyişir. Cari həftənin əvvəlində Həftarın ordusu Tripolinin şərqindəki «Əl-Vatiya» aviabazası üzərində nəzarəti itirib və hökumət ordusunun təzyiqi altında tələsik ərazini tərk edib. Faiz Saracın rəhbərliyi altında hökumət qüvvələri Türkiyə tərəfindən güclü dəstək alır. Mayın 20-də LMO-nun komandanlığı birtərəfli qaydada öz qüvvələrinin cəhə xəttndən 2-3 kilometr çəkildiyini elan edib. Ancaq Həftarın təklif etdiyi barışıq Sarac tərəfindən rədd olunub. Milli Razılıq Hökuməti bəyan edib ki, bu yolla Həftar özünün son uğursuzluqlarını ört-basdır etməyə çalışır. Görünür rəqibin belə reaksiyası liviyalı marşalı Türkiyə və Saкac hökumət ilə «hava döyüşü»nə başlamağa vadar edib.
Yerli mənbələrin məlumatına görə, Sovet istehsalı olan ən azı 8 təyyarə bundan əvvəl Liviyanın şərqində Həftarın nəzarəti altında olan əraziyə gəlib. Təyyarələr Rusiyanın Suriyadakı Xmeymim aviabazasından göndərilib.
Liviya Milli Razılıq hökumətinin nümayəndələrinin bildirdiyinə görə, bu «eskadriliya» 6 MiQ-29-dan və iki Su-24 bombardmançısından ibarətdir. Onların uçuşu Rusiyanın iki çoxməqsədli Su-35 təyyarəsinin müşayiəti altında həyata keçirilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar