Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İstanbuldakı kütləvi etirazlarla bağlı araşdırma başladıldı

Baxılıb: 801     Tarix: 08-09-2025 14:14   

İstanbul Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) binası qarşısında baş verən kütləvi etirazlarla bağlı məhkəmə araşdırmasına başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun bəyanatında deyilir.
“İstanbul Baş Prokurorluğu CHP-nin vilayət qərargahı qarşısında baş verən hadisələr və sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı məhkəmə araşdırmasına başlayıb”, - nazir söyləyib.
Bildirilib ki, İstanbulun bəzi rayonlarında yığıncaq və mitinqlərə 3 günlük qadağa tətbiq edilməsindən sonra polis təhlükəsizlik tədbirləri görüb və müxalifət partiyasının binasına giriş-çıxışları bağlayıb.
“İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul vilayət idarəsi və onun rəhbərliyi üçün ehtiyat tədbiri olaraq müvəqqəti komissiya təyin edib", - Tunc əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar