Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəzər rayonunda abadlıq-quruculuq və təmizlik işləri davam etdirilir

Baxılıb: 2 292     Tarix: 09-09-2025 12:48   

 Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də abadlıq-quruculuq və yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
  Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə rayonun mərkəzi küçə və prospektlərində, əsasən Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, Mərdəkan-Buzovna avtomobil yolu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi və  qəsəbə daxili küçələrdə genişmiqyaslı abadlıq-quruculuq  və yaşıllıqların salınması işləri görülüb.
   Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyu hasarların rənglənməsi, dağılmış bardürlərin yenidən bərpa edilməsi, qəsəbə daxili dayanacaqlarda təmir işləri aparılıb, eyni zamanda yol kənarlarında yığılmış torpaq qatlarının təmizlənməsi və digər təmizlik və abadlıq işləri həyata keçirilib.
   Həmçinin, yeni yaşıllıq zolaqları salınıb, o cümlədən, ağac və kollarda yaşıl budama işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi alaq otlarından və tullantılardan təmizlənib.

Qəni Hüseynov

  



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar