Xəbər lenti
Arxiv
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

3 milyard insan karantindədir...– Bundan sonra nə gözlənilir?

Baxılıb: 354     Tarix: 28-03-2020 16:20   

Martın 27-də neftin qiyməti 5 faiz də düşüb. Beləliklə, dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar neftə tələbatın kəskin azalması dalbadal beşinci həftədir ki qara qızılın qiymətini endirir.
Qanunvehedef.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, hazırda Brent markasından olan neftin bir barrelinin qiyməti 24.99 dollardır. ABŞ neftinin qiyməti isə bir barrel üçün 21.51 dollara enib.
CNBC yazır ki, dünyada 3 milyard insanın karantində olduğu və neftə tələbatın 20 faiz azaldığı bir vaxtda Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol Səudiyyə Ərəbistanını və digər iri neft hasilatçılarını bazarı sabitləşdirməyə çağırıb.
Lakin “Commerzbank”-ın təhlilçisi Eugen Ueinberg deyir ki, bu çağırış nəticəsiz qala bilər. Onun fikrincə, Moskva və Ər - Riyad arasında davam edən qiymət müharibəsində Səudiyyə Ərəbistanıçətin ki, asanlıqla geri çəkilsin. Bu da xəbər verilir ki, neftə qlobal tələbatın iflasa uğradığı bir vaxtda Səudiyyə Ərəbistanı özünün izafi neftinə yeni müştərilər axtarmaqla məşğuldur.
Lakin bu arada Rusiya Neft Fondundan Kirill Dmitryev “Reuters” agentliyinə deyib ki, OPEC və onun Rusiya başda olmaqla keçmiş müttəfiqləri arasında yeni təchizat razılaşmasıəldə oluna bilər.
Rusiya enerji nazirinin müavini Pavel Sorokin isə bildirib ki, koronavirus epidemiyası neftə qlobal tələbatı günə 15-20 milyion barrel azaldıb.
Fox Business” Səudiyyə Ərəbistanının Enerji Nazirliyinə istinadən yazır ki, hazırda Moskva ilə Ər-Riyad arasında bazarların sabitləşdirilməsinə dair heç bir danışıqlar aparılmır. Bu səbəbdən OPEC-in digər üzvləri SəudiyyəƏrəbistanını Rusiya ilə qiymət müharibəsini dayandırmasıüçün dilə tuturlar.
Əlcəzair və İraq OPEC-in təcili iclasının keçirilməsinə çağırıblar. Amma siyasi şərhçilərin fikrincə, Moskva vəƏr-Riyad arasındakı qiymət qarşıdurması tezliklə başa çatmayacaq. Onlar bildirirlər ki, belə bir razılaşma əldə olunsa belə, hazırkı itkilərin yerini doldurmaq mümkün olmayacaq.
Bloomberg” yazır ki, neft ixracatçılarını narahat edən neft qiymətlərinin 2003-cü ildən bəri ən aşağı həddə düşməsidir. Lakin 2003-cü ildə bu miqyasda pandemiya yox idi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar