Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tarixi sazişə yeni ölkələr qoşulacaq?

Baxılıb: 10112     Tarix: 10-09-2026 15:16   

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hələ hərbi əməkdaşlığa dair Məkkə sazişinə yeni ölkələri dəvət etməyi planlaşdırmır.

Qanunvehedef.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistan Xarici İşlər Nazirliyi bildirib.

“Hazırda Məkkə sazişinin genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır”, – deyə məlumatda qeyd olunub.

Həmçinin vurğulanıb ki, üç ölkə ilk növbədə öz aralarındakı əməkdaşlığı daha da gücləndirməlidir, məhz bundan sonra isə təşkilat oxşar mövqeləri və baxışları bölüşən bütün dövlətlərin iştirakı üçün açıq olacaq.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün sənəd iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar