Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Jurnalist Aybənizdən yeni mövsümün ilk buraxılışına özəl: “Mikayılla 5 gün”də kimlər qonaq oldu?

Baxılıb: 932     Tarix: 09-09-2026 12:07   

Tanınmış aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan “Mikayılla 5 gün” verilişi yeni mövsümə start verib.

Həftəiçi 5 gün, saat 12:00-da efirə gedən proqramın yeni mövsümünün ilk buraxılışı bu gün baş tutub.

Verilişin ilk buraxılışında müğənnilər Nişanə Baxışova və Əflatun Qubadov qonaq olublar. Efirdə qonaqlarla maraqlı söhbətlər aparılıb, onların yaradıcılığı ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Proqram zamanı hər iki müğənni canlı ifaları ilə tamaşaçıların qarşısına çıxıb. Canlı musiqi ilə müşayiət olunan ifalar verilişə xüsusi rəng qatıb.

Buraxılışın diqqətçəkən məqamlarından biri də Əflatun Qubadovun doğum gününün efirdə qeyd olunması olub. Aparıcı Mikayıl Güləddinoğlu sənətçini doğum günü münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb.

Qeyd edək ki, “Mikayılla 5 gün” verilişi həftə içi 5 gün, saat 12:00-da yayımlanır.


Aybəniz ABDULOVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar, araşdırmaçı jurnalist





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar