Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

4 azərbaycanlı qadını Türkiyəyə aparıb satdı

Baxılıb: 661     Tarix: 19-05-2020 10:09   

Azərbaycanda insan alverində ittiham olunan Lətifə Ağayevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Lətifə Ağayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.
Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar