Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Baş nazir İCLAS KEÇİRDİ - FOTO

Baxılıb: 988     Tarix: 04-03-2021 11:33   

Baş nazir Əli Əsədovun sədrliyi ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.
İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə imzalanmış Sərəncamda hökumətə "2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.


Qanunvehedef.az



{sape_links}{sape_article}