Xəbər lenti
20/11/2024 [13:08]
Sabah hava necə olacaq?
20/11/2024 [10:31]
Serj Vilmes Bakıdadır
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

-Tiroid düyünləri ağrı verirmi? Həkim – endokrinoloq Dr. Fidan Qarayeva ilə müsahibə

Baxılıb: 6 289     Tarix: 12-11-2018 11:50   

Zob xəstəliyi orqanizmdə yod çatışmamazlığından yaranan xəstəlikdir. Statistikaya görə hazırda ölkədə şəkərli diabetdən sonra ikinci yerdə məhz bu xəstəlik dayanır. Koreya Şərq təbabət klinikasının həkim – endokrinoloqu Dr. Fidan Qarayeva Qanunvehedef.az saytının suallarını cavablandırıb. Maraqlı müsahibəni sizlərə təqdim edirik.

-Qalxanabənzər vəzi orqanizmin hans hissəsində olur və funksiyası nədir?-Qalxanabənzər vəzi boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan “isthmus” adlanan körpüdən ibarət kəpənək
formasında orqandır. Qalxanabənzər vəzi T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir.

-Zob nədir?

-Zob, qalxanvari vəzinin böyüməsini ifadə edən bir əlamətdir. El arasında qalxanvari vəzin bütün xəstəliklərinə zob deyilir. Əslində qalxanvari vəzi xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı vardır. Zob sadəcə olaraq bir simptom və əlamətdir.Zob kəlməsi qalxanvari vəzin böyüməsini ifadə edər. Bunun latınca əsl adı goiter, türkcə quatr, rusca zob, azərbaycanca isə urdur. Sadəcə olaraq, ur (zob)- sərbəst bir xəstəlik deyil və bir simptom olaraq qəbul olunmalıdır.

-Qalxanabənzər vəzi xəstəliklərinin səbəbləri haqqında nə deyə bilərsiniz?

-Zobun əmələ gəlməsində əsas patogenetik rol hazırladığı hormonların sintezi, sekresiyası və metabolizmində olan gen defektlərinə aiddir. Tireoid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), yəni zob xstəliyinin inkişafına səbəb olur. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi laboratoriyalarda xaric olan yodun təyin edilməsidir. Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stress reaksiyaları, immuniniteti də unutmaq olmaz. Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır.

-Zobun ilk mərhələlərində xəstəliközünü necə büruzə verir?

- Zobun ilk mərhələləri demək olar ki, simptomsuz inkişaf etdiyinə görə çox zaman xəstə həkimə gec müraciət edir. Qalxanabənzər vəzinin ölçüləri artdıqca, boyunun ön səthi qalınlaşır və o, qonşu orqanlara (nəfəs borusu, qida borusu, qan damarları, sinirlər) təzyiq etməyə başlayır ki, bu da öz növbəsində zob xəstəliyinin mexaniki əlamətlərinin inkişafına gətirib çıxarır. Diffuz zobun fonunda qalxanabənzər vəzinin böyüməsi simmetrik və mütənasib görünür. Düyünlü zob zamanı vəzinin həcmi əsasən bir tərəfdən (qeyri-simmetrik böyümə) artır. Qırtlaq və nəfəs borusu sıxılarsa, xəstə nəfəsalmanın getdikcə çətinləşməsindən, boğazda "qəhər"dən, davamlı quru öskürəkdən, boğulma tutmalarından, səsin "kallaşma"sında şikayət edir. Qida borusunun sıxılması zamanı zob udqunma çətinliyinə gətirib çıxarır. Boyun damarları sıxıldıqda isə xəstə əyildikdə başgicəllənmə və kəllədə yaranan gərginlik hissindən şikayət edir. Əgər zob xəstəliyinin yaranma səbəbi yod çatışmamazlığıdırsa (endemik ur), hipotireozun - qalxanabənzər vəzinin funksiyasının azalmasının simptomları da (tənəffüs, əsəb və ürək damar sistemlərinin zədələnməsi, mədə-bağırsaq sistemi pozğunluqları, dəridə quruluq, saç tökülməsi, temperaturun aşağı düşməsi, iştahın azalması, uşalarda boy artımı və əqli inkişafın ləngiməsi, kişilərdə potensiyanın azalması, qadınlarda aybaşı tsiklinin pozulması, sonsuzluq) yaranır.

Qalxanabənzər vəzininin xəstəliklərinin yaranmasında əsəs faktorlar hansılardır?

-Yod çatışmazlığı və digər ətraf mühit faktorları
-İrsi faktorlar
-Orqanizmin Fərdi xüsusiyyətləri
Yod insan orqanizminin fəaliyyəti üçün həyati önəmə malik elementdir. Yodsuzluq bir sıra fəsadlara, qalxanvari vəzin funksiyasının pozulmasına səbəb olur - zob əmələ gətirir.

-Tiroid düyünləri ağrı verirmi?
-
Bir çoxu ağrı vermir,lakin çox böyük düyün təzyiq, boğulma hissi,kistaya qansızma zamanı isə ağrı verə bilər.

Zəhərli zobun əlamətləri hansılardır?


1. Əsəbilik, həyəcanlılıq, emosionallıqZəhərli zobda ən çox rast gəlinən əlamətlərdəndir. Yüksək tiroid hormonları bütün orqanlarımıza təsir etdiyi kimi beynimizə və psixoloji vəziyyətimizə də təsir edir. Bu səbəblə bir çox əsəbi insan –yəqin zobum var, deyərək həkimə müraciət edir. Və ya zobu olan hər xəstə növündən asılı olmayaraq əsəbiliyini zobla əlaqələndirir. Lakin nəzərə almaq lazımdır ki, əsəbilik halı başqa xəstəliklərin də nəticəsi ola bilər. Zəhərli zobda yaddaş və diqqət pozğunluğu da olur.
2.Çəki itirmə
İştahın yaxşı olmasına baxmayaraq xəstə arıqlayır. Ancaq bəzən arıqlama olmaya da bilir. Bəzi artəq çəkili xəstələr arıqladıqları üçün sevinirlər. Lakin bu xəstəlikdə yağ əriməsi ilə yanaşı əzələ əriməsi də olur. Buna görə də hətta yüngül hərəkətlərdə belə xəstələr çətinlik çəkirlər.
3.İstiyə dözümsüzlük
Çox zaman qadınlar bunu klimaksla əlaqələndirirlər. Ancaq klimaksda olan istilik basmaları ara sıra görülməsinə baxmayaraq, zəhərli zobda istilik basması davamlıdır.
4. Titrəmə
Xüsusilə əllərdə olur. Əl ilə iş görərkən, çay süzərkən hiss edir xəstələr. Ancaq buna bənzər titrəmələr başqa nevroloji xəstəliklərdə , alkoqolizmdə də olur.
5. Ürəkdöyünmə
Bir çox xəstənin ilk şikayət etdiyi əlamətlərdəndir. Xəstə gəzərkən və ya istirahət halında ürəkdöyünmədən narahat olur. Bu şikayətlə xəstələr çox vaxt kardioloqa müraciət edirlər. Müayinə zamanı zəhərli zob aşkarlanır.
6. Saç tökülməsi
Belə xəstələrin saçları incə və yumşaqdır. Asanlıqla tökülür. Zəhərli zob müalicə olunduqda saçlar təkrar çıxır.
7. Dəri və dırnaqlarda dəyişikliklər
Dəri yumşaq, isti və nəmli olur. Az hallarda qaşıntı olur. Yenə nadir hallarda xüsusilə baldırın ön hissəsində dəri qalınlaşması ola bilir.
8. Bağırsaq hərəkətlərində artma
Xəstələr nəcisə gün ərzində bir neçə dəfə və yumşaq getmədən şikayətlənirlər.
9. Gücsüzlük
10. Aybaşı pozulmaları
11. Cinsi istəyin azalması
Bəzi kişilərdə estrogen artışına bağlı süd vəzilərində böyümə olur. Müalicədən sonra düzəlir.
12. Göz əlamətləri
Çox miqdarda tiroid hormonları üst göz qapağını açan əzələləri qıcıqlandıraraq gözün normaldan daha açıq olmasına səbəb olur. Gözlər parlaq olur. Bəzi xəstələrdə ekzoftalm ( gözlərin önə doğru çıxması) olur. Ekzoftalm adətən Qreyvs xəstəliyində rast gəlinsə də nadir hallarda Haşimoto tiroiditi və primer hipotireozda da olur. Adətən 2 gözü də tutur.Bəzən təktərəfli də ola bilir.Hormonlar normal olduğu halda da yarana bilir. Yüngül hallarda qızarıq, quru və işığa həssasdırlar. Orta və ya ağır iltihabi hallarda isə göz qapaqları yatarkən də qapanmır. Bu xəstələr gözlərin yaşarmasından , gözü hərəkət etdirərkən ağrıdan şikayət edirlər. Göz əzələlərinin şişməsi və göz arxasında yağ toplanması nəticəsində göz önə doğru çıxır. İkili görmə ola bilir. İkili görmə xəstə yuxarı və bayır tərəfə baxanda olur. Şişən əzələlərin göz sinirinə təzyiqi nəticəsində görmə itirilə bilər. Ancaq, sadalanan ciddi göz əlamətləri çox nadir olaraq görülür.

-Qalxanabənzər vəzidə olan düyünlər hansı müayinə metodları vasitəsilə aşkar edilıir?

-Qalxanabənzər vəzidə düyünlər boyun nahiyəsinin ultrasəs müayinəsinin geniş tətbiq olunmağa başlanmasından sonra daha da çox rast gəlinməyə başlandı. Qalxanabənzər vəzinin ultrasəs müayinəsində düyün aşkarlanmış xəstələrdə ssintiqrafiya deyilən bir üsulla qalxanabənzər vəzinin funksional xəritəsi çıxarılır və buna görə düyünlərin fəaliyyət göstərib-göstərmədiyi təyin edilir. Fəaliyyətsiz düyünlərə soyuq düyünlər deyilir ki bunlarda xərçəng əmələ gəlmə riski yüksəkdir. Hər 100 düyündən 5-15-ində xərçəng rast gəlindiyi halda xərçəng qorxusu ilə əməliyyat edilməməsi üçün nazik iynə ilə aspirasiya biopsiyası (NİAB) deyilən metoddan istifadə edərək xərçəngli xəstələrdə 95% nisbətində düzgün diaqnoz qoyulur. Beləliklə digər xəstələrə qalxanabənzər vəzinin hormonu təyin edilərək nəzarətə götürülür və ancaq ultrasəs müayinəsində düyünün böyüdüyü aşkarlandığı halda əməliyyat edilirlər. Bununla yanaşı NİAB-da da 5% xəta ehtimalı olduğunu vurğulamaq lazımdır.

-Qalxanabənzər vəzi xəstəliklərinin müalicəsi necə aparılır?

-Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur. Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.

-Həkim, müsahibənin sonunda qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanlara məsləhətiniz?

-Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin,
təyin edilmiş dərmanpreparatlarını vaxtında və düzgün qəbul edin!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar