Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AZAL təyyarəsində problem: Xəbərdarlıq, yoxsa təhdid...

Baxılıb: 1 024     Tarix: 21-10-2025 13:10   

AZAL-a məxsus təyyarələr hər zaman təzə və keyfiyyətli olması ilə seçiliblər. Təsadüfi deyil ki, AZAL bir çox göstəricilərə görə qabaqcıl aviaşirkətlərin sırasında yer alır.
Qanunvehedef.az Bakupost.az-a istinadla xəbər verir ki, bu baxımdan ötən gün Sankt-Peterburqdan havaya qalxan kimi AZAL təyyarəsinin şassisində problem yaranması suallar doğurub. AZAL təyyarələrində hansısa problemin yaranması çox nadir hadisədir.
Bu baxımdan siyasi müşahidəçi İlqar Altay da şübhəsini ifadə edib. O, Sankt-Peterburqun Rusiya liderinin doğma şəhəri olmasına diqqət çəkib:
“Putinin şəhəri, Peterburqun Pulkovo hava limanında bir müddət qalıb, yanacaq doldurub, həm də orada texniki baxışdan keçirilmiş AZAL sərnişin təyyarəsinin Bakıya dönüşündə havaya qalxan kimi texniki problem yaranması 100% təsadüf hesab edilməlidir? Əminikmi? Bu bizə, Azərbaycana hansısa üstüörtülü xəbərdarlıq, ya təhdid mənası daşıya bilməzmi?”
Qeyd edək ki, təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb, heç kəs xəsarət almayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar