Xəbər lenti
19/02/2025 [15:51]
TƏBRİK EDİRLƏR!
Arxiv
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Xəzər rayon Buzovna qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirilib

Baxılıb: 1 923     Tarix: 13-02-2025 14:09   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
  12 fevral 2025-ci il tarixində Buzovna qəsəbəsi, 322 saylı tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
 Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib

Qəni Hüseynov



 шаблоны для dle 11.2