Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp “razı saldım” demişdi, Huanq təkzib etdi

Baxılıb: 987     Tarix: 25-11-2026 09:46   

ABŞ-nin çip nəhəngi “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə bərpa olunan Jensen Huanq posta qayıdışının Prezident Donald Trampın təzyiqi ilə baş tutması barədə iddiaları rədd edib.

Qanunvehedef.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin yazdığına görə, Huanq çıxışında geri dönməsinin məhz şirkətin direktorlar şurasının vəziyyəti hərtərəfli qiymətləndirməsi və faktları ortaya qoymasının nəticəsi olduğunu bildirib.

Baş icraçı direktor vəzifəsinə qayıtdıqdan Huanq kollektivdən üzr istəyib və şirkətin daxili davranış qaydalarını pozduğunu etiraf edib: “Çox pis səhvlər etdim. Həyat yoldaşım Loriyə xəyanət etdim. Uşaqlarımı və əlbəttə ki, hamınızı incitdim”.

Hazırda terapiya aldığını qeyd edən Huanq əlavə edib ki, direktorlar şurası onun davranışlarına görə şirkətdəki gələcəyini dəyərləndirməli olub və nəticədə noyabrın 12-də istefa verib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl “Nvidia”nın idarə heyətini Huanqı baş direktor postuna qaytarmağa razı saldığını iddia etmişdi. Huanq isə bu fikirləri qəbul etməyərək, qərarın idarə heyətinin apardığı araşdırma və faktlar əsasında verildiyini vurğulayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar