Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xudaverdiyev Qalib Firudin oğlu: Dövlət başçısının siyasəti Azərbaycanın davamlı inkişafının əsas təminatıdır

Baxılıb: 825     Tarix: 21-08-2026 12:43   

Cəlilabad Rayon İcra Hakimiyyətinin birinci müavini Xudaverdiyev Qalib Firudin oğlu Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirərək, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətləri xüsusi vurğulayır.


Qalib Xudaverdiyev qeyd edir ki, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Dövlət proqramlarının və regional inkişaf layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi rayonların sosial-iqtisadi inkişafına da geniş imkanlar yaradıb.


Onun sözlərinə görə, xüsusilə regionların inkişafına göstərilən diqqət və qayğı Azərbaycanın hər bir rayonunda özünü aydın şəkildə göstərir. Yeni infrastruktur layihələrinin reallaşdırılması, yolların yenilənməsi, sosial obyektlərin tikilməsi və abadlıq işlərinin genişləndirilməsi insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.


Xudaverdiyev Qalib Firudin oğlu bildirir ki, Prezident İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri vətəndaşların rifahının yüksəldilməsi, onların sosial problemlərinin həlli və regionların hərtərəfli inkişafının təmin edilməsidir. Bu siyasətin nəticələri Cəlilabad rayonunda da həyata keçiribaşçısının uğurlu xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə, ölkəmizin milli maraqlarının qətiyyətlə müdafiə olunmasına və Azərbaycanın regionda söz sahibi olan dövlət kimi nüfuzunun artmasına şərait yaradıb.


Birinci müavin vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan hər bir uğur Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Regionların inkişafına göstərilən dövlət qayğısı isə ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin rifahının yüksəlməsinə xidmət edir.


Qalib Xudaverdiyev Cəlilabad rayonunda da dövlət siyasətinin qarşıya qoyduğu vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin, sakinlərin problemlərinin diqqətdə saxlanılmasının və rayonun sosial-iqtisadi inkişafının bundan sonra da əsas prioritetlər sırasında olacağını bildirir.


  Qanun və hədəf qəzetinin baş redaktoru:

Mehman Ziyadov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar