Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər rayonunda sakinlərin növbəti qəbulu keçirilib

Baxılıb: 11209     Tarix: 25-08-2026 11:30   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas və operativ yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq, Xəzər Rayon İcra Hakimiyyətində sakinlərin növbəti qəbulu keçirilib.

Qəbul zamanı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciətlərini, təklif və problemlərini diqqətlə dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin hər biri ayrı-ayrılıqda nəzərdən keçirilib, onların həlli ilə bağlı aidiyyəti struktur bölmələrinin məsul əməkdaşlarına konkret tapşırıqlar verilib.

Görüş zamanı vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb, bir sıra məsələlər yerindəcə araşdırılaraq həlli istiqamətində müvafiq tədbirlər görülüb. Əlavə araşdırma və aidiyyəti qurumların müdaxiləsini tələb edən müraciətlər isə rəsmi qaydada qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bu cür qəbullar vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, onların qanunvericiliyə uyğun və operativ şəkildə həllinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xəzər Rayon İcra Hakimiyyətində sakinlərlə birbaşa ünsiyyətin və vətəndaş müraciətlərinə çevik münasibətin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

 Qəni Hüseynov

Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov vətəndaşların növbəti fərdi qəbulunu keçirib

Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar