Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya ukraynalı eks-nazirləri axtarışa verdi

Baxılıb: 722     Tarix: 06-05-2024 10:43   

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov və sabiq informasiya siyasəti naziri Yuriy Steçi axtarışa verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.
Ukraynalı eks-nazirlərin hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.
Xatırladaq ki, Arsen Avakov 2014-2021-ci illərdə Ukrayna DİN-ə başçılıq edib. Bundan əvvəl isə Ali Radanın deputatı və Xarkov vilayət administrasiyasının rəhbəri olub. Yuriy Steç isə 2014-2019-cu illərdə informasiya siyasəti naziri olaraq fəaliyyət göstərib. Bu vəzifədən əvvəl isə Ali Radanın deputatı olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar