Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan millisi Mozambikə qarşı

Baxılıb: 982     Tarix: 29-10-2026 11:58   

Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Mozambiklə qarşılaşacaq.

Qanunvehedef.az xəbər verir ki, C Divizionunun matçı saat 11:30-da Hövsan Yarış Kompleksində keçiriləcək.

Cütün qalibi saat 19:30-da Kuba – Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılaşmasında uduzan tərəflə saat 18:15-də oynayacaq.

Xatırladaq ki, Famil Xəlilovun rəhbərlik etdiyi U-15 millimiz AF qrupunun 3-cü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığmamız Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar