Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ndlovu dələduzluğun qurbanı oldu: 615 minlik itki...

Baxılıb: 834     Tarix: 23-10-2026 16:34   


"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu uğursuz biznes sövdələşməsi nəticəsində böyük maliyyə itkisi ilə üzləşib.

Qanunvehedef.az Oxu.az-a istiandla xəbər verir ki, bu barədə Cənubi Afrikanın "Briefly" nəşri məlumat yayıb.

36 yaşlı sabiq hücumçunun Dubayla əlaqəli şəxslərin iştirak etdiyi beynəlxalq biznes razılaşmasında 5 milyon randdan (513 min manat) çox pul itirdiyi bildirilir. Onun sözlərinə görə, sövdələşmədə iştirak edən şəxslər vəsaiti aldıqdan sonra əlaqəni kəsiblər.

Məlumata əsasən, Ndlovu pulunu geri qaytarmaq ümidi ilə şəxsi detektiv tutub və bunun üçün əlavə bir milyon rand (102.6 min manat) xərcləyib. Beləliklə, onun ümumi itkisinin təxminən 6 milyon randa (615.7 min manat) çatdığı bildirilir.

Ndlovu hazırda biznes fəaliyyətini xrom hasilatı sahəsində davam etdirir. O, daha əvvəl gecə klubu, istirahət məkanı və qonaq evi biznesi ilə də məşğul olub. Gələcəkdə futbol klubunun sahibi və oyunçu agenti olmaq istədiyini də bildirib.

Qeyd edək ki, Dino Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Ndlovu "Qarabağ"ın heyətində 54 oyunda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar