Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı
Baxılıb: 936 Tarix: 22-10-2026 14:07

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirmişdi.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















