Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Hakimlərin Etik Davranış Kodeksi” yeni redaksiyada qəbul edildi

Baxılıb: 939     Tarix: 27-10-2026 15:47   

Məhkəmə-Hüquq Şurası tərəfindən dövrün tələblərinə uyğun olaraq yeni redaksiyada qəbul edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Qanunvehedef.az xəbər verir ki, kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

Kodeksin əsas məqsədi hakimlərin yüksək peşə və etik davranış standartlarına riayət etməsini təmin etmək, məhkəmə hakimiyyətinin nüfuzunu möhkəmləndirmək və cəmiyyətdə məhkəmələrə ictimai etimadın qorunmasına xidmət etməkdir.

Sənəddə hakimin müstəqilliyi, qərəzsizliyi və obyektivliyi, qanun və məhkəmə qarşısında bərabərliyin təmin edilməsi, vicdanlılıq və dürüstlük, ictimai davranış və sosial məsuliyyətlilik, media və sosial şəbəkələrlə münasibətlər, əmək və icra intizamı, habelə hakimlər arasında peşə həmrəyliyi ilə bağlı məsələlər öz əksini tapıb.

Həmçinin, Kodeksdə etik davranış qaydalarına dair maarifləndirmə və mübahisələrin həlli məqsədilə Etik Davranış üzrə Etika Komissiyasının yaradılması da nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Kodeksin qəbul edilməsi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Etik Davranış Kodeksi” qüvvədən düşüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar