Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq

Baxılıb: 9112     Tarix: 29-10-2026 12:11   

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

Qanunvehedef.az xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədov təsnifat mərhələsində yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq.

Sərbəst güləşçilərimizdən Rəşid Babazadə (65 kq) Tairbek Jumaşbeklə (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə Aleksandr Quştinlə (Belarus) üz-üzə gələcək.
DÇ noyabrın 1-də yekunlaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıblar.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar