Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampdan tarixi üçtərəfli sazişə - Reaksiya

Baxılıb: 9617     Tarix: 17-08-2026 10:56   

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan üçtərəfli müdafiə sazişini şərh edib.

Qanunvehedef.az xəbər verir ki, o bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda birgə müdafiə haqqında Məkkə sazişini imzaladığına görə çox şadam. Bu, Yaxın Şərqin necə birləşdiyini və ölkələrin nəhayət özlərini daha səmərəli şəkildə müdafiə edə biləcəyini göstərir. Adıçəkilən üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır”, - paylaşımda deyilir.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar