Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran tarixi sazişə dəvət edilib

Baxılıb: 9115     Tarix: 24-08-2026 11:11   

İran bir müddət əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiəyə dair imzalanan “Məkkə sazişi”nə qoşulmağa dəvət alıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rahimi “Al Mayadeen” telekanalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, İran rəhbərliyi hazırda bu təklifi nəzərdən keçirir.

Bununla belə, məlumat hələ İran Xarici İşlər Nazirliyi və saziş ölkələri tərəfindən təsdiq olunmayıb.

Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə sazişi”ni avqustun 7-də imzalayıb. Sənədə əsasən, saziş iştirakçılarından birinə hücum hər üç ölkəyə hücum kimi qəbul ediləcək. Ərəb mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi Misirin sazişə qoşulmasına razı olmayıb. Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu sazişi dəstəkləyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar