Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür

Baxılıb: 985     Tarix: 15-10-2026 12:10   

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.

 Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması hökumətin və şəxsən Paşinyanın özü üçün ən vacib məsələlərdən biridir:

“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır”.

Paşinyan vurğulayıb ki, belə bir imkanın mümkün olduğunu görür, əks halda bu mövzunu qaldırmazdı.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar