Xarkovda naməlum şəxs 5 Ukrayna hərbçisini güllələdi
Baxılıb: 914 Tarix: 14-10-2026 13:45

Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.
Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















