Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bella Hadid daha üç xəstəliyini açıqladı

Baxılıb: 964     Tarix: 27-11-2026 10:08   

Uzun illərdir Laym xəstəliyindən (gənə borreliozu) əziyyət çəkən dünyaca məşhur supermodel Bella Hadid ilk dəfə olaraq daha üç ciddi sağlamlıq problemi ilə mübarizə apardığını etiraf edib.

Qanunvehedef.az xəbər verir ki, 30 yaşlı model Laym xəstəliyi ilə yanaşı, POTS (postural ortostatik taxikardiya sindromu), ağır premenstrual disforik pozğunluq (PMDD) və endometrioz diaqnozları ilə yaşadığını bildirib.

Sağlamlıq problemlərinin həm gündəlik həyatına, həm də peşəkar fəaliyyətinə ciddi təsir göstərdiyini deyən Hadid podiumda yaşadığı çətinliklərdən danışıb: “Bəzən özümü çox yaxşı hiss edirəm, amma ən uyğun olmayan anda bədənim məni yarı yolda qoyur. Podiumda necə yeriməyi yaxşı bilirəm, bacardığım ən yaxşı iş budur. Lakin üzərimizdə böyük təzyiq var və hamımızın özünəinam hissinin sarsıldığı məqamlar olur”.

Qeyd edək ki, POTS ayağa qalxdıqda ürək döyüntülərinin kəskin artmasına, PMDD və endometrioz isə ağır fiziki ağrılara və emosional tükənməyə səbəb olur. 2015-ci ildən Laym xəstəliyi ilə mübarizə aparan model əvvəlki açıqlamalarında da bu prosesin onu psixoloji cəhətdən tənhalaşdırdığını və eyni vəziyyəti yaşamayan insanların onun keçirdiyi hissləri anlamasının çətin olduğunu vurğulamışdı.


Qanunvehedef.az





{sape_links}{sape_article}