İran təlimlə Ermənistana barmaq silkələdi - Ekspert
Baxılıb: 289 Tarix: 04-10-2021 11:30
Son iki ayda İranın fəallaşması məhz bu dövrdə onlar üçün narahatedici informasiyanın meydana gəldiyini göstərir. Bəs avqustda İran rəhbərliyini bu qədər həyəcanlandıra biləcək nə baş verib? Əslində Azərbaycanın mövqeyi dəyişməyib: bərpa prosesi davam edir, azad edilmiş ərazilərin təbii militarizasiyası baş verir və Ermənistanın kommunikasiyaların açılması üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etdirilmə siyasəti aparılır.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri azərbaycanlı politoloq, "Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov bölüşüb.
“Bakı Ermənistanda keçirilən parlament seçkilərinin başa çatmasını gözlədi və avqust ayında “məcburrtmə” üzrə gündəliyin bəndlərini reallaşdırmağa başladı. Məhz iyulun sonu - avqust ayının əvvəlində Gorus-Qafan yolunda İran maşınlarının yoxlanılması və rüsumların alınması prosesi başladı. Səbəb: İran yük maşınları Qarabağ ermənilərinin təchizatı ilə məşğul olur.
Burada ən maraqlı məqam ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bu problemin həllindən özünü kənara çəkir: Paşinyan əvvəlcə Moskvaya söz atdı ki, guya Azərbaycan Rusiya ilə şifahi razılaşmanı pozur. Kremldən reaksiya görməyən İrəvan İranın “nota”larını cavabsız qoyub, alternativ yolu təmir etməyə başlayır. Bu aylar ərzində Paşinyan iki dəfə İran Prezidenti ilə görüşür və yəqin ki, Azərbaycandan şikayət edib.
Ermənistan aydın səbəblərdən bir şey etmək iqtidarında deyil. Əksinə, o, Gürcüstan rəhbərliyi vasitəsilə Türkiyə Prezidenti ilə problemləri müzakirə etmək üçün mesaj göndərir.
Məhz bundan sonra İran anlayır ki, Ermənistan rəhbərliyi kommunikasiyaları açmağa hazırlaşır və Türkiyə ilə münasibətlər qurmağı planlaşdırır. Düşünürəm ki, məhz bu, İranın fəallaşmasına səbəb olub. Onlar anladılar ki, Paşinyana “stavka” etmək olmaz.
Elə bu səbəbdən də İranın İrəvandakı səfiri Ermənistanın xarici işlər naziri ilə mütəmadi görüşlər keçirir, Paşinyanın davranış məntiqini anlamağa çalışır.
Bəli, İranın Azərbaycan sərhədlərində təlimləri həm Azərbaycanın, həm də Türkiyənin regiondakı rolunun artırılmasına reaksiya idi, amma bununla yanaşı Tehran daha çox Ermənistana barmaq silkələyir. Bununla İran Ermənistana “özbaşına qərar vermə” siqnalını da göndərmiş olur”, - deyə ekspert yazıb.

Ən çox oxunanlar
Son xəbərlər