Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Baxılıb: 976     Tarix: 17-11-2026 12:55   

Almaniya xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana, sabah isə Ermənistana səfər edəcək.

Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə sülh prosesi və Cənubi Qafqazın təhlükəsizliyi müzakirə olunacaq:

“Almaniya xarici işlər naziri Yohan Vadeful çərşənbə axşamı Bakıda siyasi danışıqlar aparacaq. O, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Danışıqların əsas mövzuları Almaniya ilə iyul ayında razılaşdırılmış strateji gündəliyin icrası, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu olacaq.

Çərşənbə günü Vadeful səfərini Ermənistanda davam etdirəcək. İrəvanda Ermənista Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər nəzərdə tutulub. Görüşlərdə, digər məsələlərlə yanaşı, Ermənistanın Avropa İttifaqına yaxınlaşması, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq”.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar