Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yaxın 2 gündə hava necə olacaq? - Açıqlama

Baxılıb: 950     Tarix: 16-11-2026 16:36   

Azərbaycanda yaxın iki gün ərzində proqnozlaşdırılan hava şəraiti açıqlanıb.

Qanunvehedef.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında noyabrın 17-si və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyini bildirib:

“Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 12–17 dərəcə isti olacağı gözlənilir.

Eyni zamanda, bölgələrdə də yaxın iki gün ərzində – noyabrın 17-18-də hava şəraiti yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağmurlu olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13–18, dağlıq ərazilərdə isə 3–8 dərəcə isti olacaq”.


Qanunvehedef.az





{sape_links}{sape_article}