Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

2 yaşlı uşaq altıncı mərtəbədən yıxılıb öldü

Baxılıb: 505     Tarix: 10-06-2024 10:54   

Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.
2022-ci il təvəllüdlü Hamza Dinar oğlu İmanov yaşadıqları binanın 6-cı mərtəbəsindən yıxılaraq “Kia Carnival” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Məlumata görə, o, döşəmə səviyyəsində olan pəncərənin qoruyucu toruna toxunub və həmin torun yerindən çıxması səbəbindən yıxılıb.
Bildirilib ki, hadisə vaxtı uşaq otaqda tək olub və diqqətsizlik səbəbindən pəncərədən düşüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar