Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib” - Kərəm Həsənov

Baxılıb: 906     Tarix: 12-05-2018 20:13   

 
"Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib".

“Report”a Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu fikirləri Komitənin sədri Kərəm Həsənov növbəti vətəndaş qəbulunda səsləndirib.

K. Həsənov bu gün vətəndaşların müraciətləri və təklifləri ilə tanış olmaq üçün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, özəlləşdirmədə elektronlaşdırmanın geniş tətbiqi, qeydiyyatda vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması və sistemli yanaşma prinsipləri əsas hədəflərdir.

Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinintorpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub

Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb. Komitə sədri müraciətlərin araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlərin operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qəbul çərçivəsində Komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. 
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar