Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sahibkarlara ödəyəcəyi gömrük rüsumu barədə SMS-lər göndəriləcək

Baxılıb: 553     Tarix: 25-05-2018 14:32   
"Azərbaycanda dövlət orqanlarının rəhbərləri, nazirlərin xidməti və vəzifə borcu odur ki, gələcəkdə sahibkarlara şəffaf mühitin formalaşdırılması istiqamətində əllərindən gələn hər bir qüvvəni bir yerə cəmləməkdir".  
 
 
 
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
 
 
 
Onun sözlərinə görə, ticarət zənciri, ticarətin inkişafı və qlobal ticarətdə baş verən yeniliklər dövlət qurumlarında xüsusi islahatların aparılmasını labüd edir: “Bu istiqamətdə bizim də xidməti borcumuz ondan ibarətdir ki, fəaliyyətlərimizi, gələcək inkişafımızın istiqamətlərini prezidentimizin qarşımıza qoyduğu proqramlar çərçivəsində, siz təklifləriniz və hökumətin verəcəyi qərarlar ilə sürətləndirək və iqtisadi inkişafa nail olaq. Məqsədimiz bu yolları axtarmaq və biznes-dövlət dostluğunun təkmilləşdirilməsini genişləndirməkdir”.
 
 
 
O bildirib ki, yaxın günlərdə sahibkarlar üçün 4 yeni xidmət tətbiq ediləcək: “Bu yaxınlarda sahibkarların idxal etdikləri mallar sərhədə çatarkən hər bir sahibkara SMS vasitəsilə operativ məlumat ötürüləcək. Onlara ödəyəcəyi vergilərin nə qədər olacağı ilə bağlı qabaqcadan SMS məlumatlar veriləcək ki, bu da ticarətin asanlaşdırılması, sahibkarların bəzən günlərlə gömrük anbarlarında olan yüklərinin gömrük rəsmiləşdirilməsini sürətləndirilməsinə təkan verəcək”.
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar