Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Əhmədov: "İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"

Baxılıb: 574     Tarix: 25-05-2018 16:23   
"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb".
 
 
 
"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.
 
 
 
Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.
 
 
 
"Son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb. Bütövlükdə ölkəmizdə əhalinin illik artımı 120-125 min nəfərdir. Bu da hər il əmək bazarına bu qədər və bundan çox iş qüvvəsinin daxil olması deməkdir. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması, insanların layiqli işlə təmin olunması məsələsini gündəmdə saxlayır. Ölkədə işsizlik 5 faizdir. Bu, elə böyük rəqəm deyil. Əhalinin artımı ilə əlaqədar olaraq Azərbaycanda iş yerlərinin artırılması məsələsi gündəmdədir. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 5 milyona yaxındır. 4,5 milyona yaxın insan isə əməyə cəlb olunan, işləyən əhalidir. Bunlardan 1,3 milyonu isə əmək müqaviləsi bağlamış işçilərdir",- deyə Ə.Əhmədov bildirib.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar