Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Millət vəkili etiraz etdi: Bank faizləri yüksəkdir

Baxılıb: 651     Tarix: 31-05-2018 13:50   

Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib yeni iş yerləri yarada bilmirlər.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı çıxış edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu səbəbdən orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir:
“Bu da dövlət büdcəsinə vergi ödənilməsi və büdcə artımına təsir edir. 2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar