Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kim Çenin Sinqapurda otel pulunu ABŞ ödəyəcək?

Baxılıb: 582     Tarix: 02-06-2018 19:49   

Donald Trampın və Kim Çen İnin iyunun 12-nə təyin olunmuş görüşünə hazırlıq işləri aparan ABŞ nümayəndə heyəti Şimali Koreya liderinin sammit zamanı oteldə qalma pulunu ödəmək üçün yol axtarır.
Qanunvehedef.az xəbər verir ki, Pxenyan tərəfi nümayəndə heyətinin “Fullerton” otelində qalma haqqının ödənilməsini xarici dövlətin öz üzərinə götürülməsini xahiş edib. Bu oteldə prezident otağının bir gecəlik qiyməti 6 min dollardan yuxarıdır.
ABŞ otelə görə pul ödəməyə hazırdır, lakin Pxenyanın bunu təhqir kimi qiymətləndirə biləcəyindən ehtiyatlanır. Odur ki, amerikanlar Sinqapur hakimiyyət orqanlarına qəbul edən tərəf kimi bu xərcləri üzərinə götürməsi üçün müraciət olunması imkanlarını nəzərdən keçirir.
Həmçinin Şimali Koreya tərəfinə təyyarə təqdim etmək variantına da baxılır. Çünki onların təyyarəsi Sinqapur kimi uzaq məsafəyə uçmaq üçün həddən çox köhnədir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə günü Şimali Koreya lideri Kim Çen İn ilə görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bir daha təsdiqləyib. Bununla yanaşı, Tramp qeyd edib ki, sammit zamanı Pxenyanla heç bir sənəd imzalamaq niyyətində deyil.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar