Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Stalinin nifrət etdiyi bu əclafı tanıyıram – Rəsulzadə

Baxılıb: 688     Tarix: 03-06-2018 14:18   

Kult.az Moderator.az-a istinadla Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirə yazısını təqdim edir:
Rus-alman əməkdaşlığı
“O zamankı vətədaş müharibəsi və inqilabi hadisələr cürbəcür səhnə və məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danışır və cümlələr işlədirdi.
Dünya inqilabi tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baş tutması üçün rus-alman əməkdaşlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan Ropolloda bağlanmış müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq etmək istədiyi beşillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək əzmindədir,-deyirdi.
İngilislərə qarşı nifrət
Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl olan dünyada bir qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir,-deyirdi.
Söhbət buraya gəlincə Stalinin səri sərtləşdi və intiqam qığılcımı saçan parlaq gözləri ilə uzağa baxaraq:
-Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya qaldıraraq, bunları şəxsən öz əlimlə öldürmüşəm. İndi polkovnik Stoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm-deyir.
Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” şəxsən tanıyıram. Onunla 1911-ci ildə Tehranda tanış olmuşdum. O zaman orada “İrani-nou” qəzetinin baş redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun intiriqaları ilə bağlanırdı. O günlərdə Amerikanın İranın maliyyəsini islah məqsədi ilə gələn məşhur Morqan Şusterlə etdiyim siyasi münasibətinin qəzetdı dərc edilməsinə görə Rusiya səfarəti məni İrandan xaricə atdırmaq üçün təşəbbüs etmişdi. Dünya mətbuatı bizim müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdə çıxan “Siyeql” qəzetinin Tehrana gəlmiş xüsusi redaktoru “İran-nou” qəzeti ilə mənə həsr edilmiş böyük bir reportaj dərc etmişdi.
O zamankı İran xarici işlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi axşam yeməyinə indi İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi şəxslərlə birlikdə “Telmis” qəzetinin muxbiri ilə ingilis səfirliyinin hərbi attaşesi Stoksu da dəvət etmişdi. Stoks İrandakı irtica qüvvələrini müdafiə edən Rusiya siyasətinin əzmkar müxaliflərindəndi.
Daha sonra Stoksla görüşmüşdük. Birinci dünya müharibəsində qalib gələn müttəfiqlər adından Azərbaycanda olan ingilis işğal qüvvələri komandanı general Şatelvortun ştabında siyasi müşavir idi. Stalinin adını hiddət və təhdidlə çəkdiyi üçün Stoks elə bu Stoks idi”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar